Latviya: Ukrayna Rusiya ordusunu o qədər zəiflədib ki…

62

Ukrayna Rusiya ordusunu elə zəiflədib ki, yeni hücum üçün Kremlə azı 2 il vaxt lazım gələcək.

Elchi.az xəbər verir ki, bu sözləri Latviya müdafiə naziri Artis Pabriks deyib.

O bildirib ki, Ukraynanın müqaviməti Latviyaya Rusiyanın mümkün hücumuna hazırlaşmaq üçün vaxt verir:

“Çətin ki, kimsə əvvəlki dünya müharibələri ilə müqayisə oluna biləcək işğalın mümkün olduğuna inanaydı. Qonşu ölkəmiz sübut etdi ki, biz də öz ərazimizi qəddar və çoxsaylı üstünlüklərdən qorumağa hazır olmalıyıq”, – nazir vurğulayıb.