Latviya şirkətləri azad edilmiş ərazilərin bərpasına cəlb olunur

65

Latviya ilə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

İqtisadiyyat Nazirliyindən Elchi.az verilən məlumata görə, bu fikirlər nazir Mikayıl Cabbarovun Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə səsləndirilib.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyətini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.