Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin Belarusdan Azərbaycana ekstradisiya edilib.
Lapşinin olduğu xüsusi təyyarə bu dəqiqələtdə Bakı aeroportuna enib.
Qeyd edək ki, bu gün Belarus Ali Məhkəməsi bloqqerb Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı şikayətini təmin etməyib.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.
Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.