Şimali İraq Regional Muxtariyyəti dünyaya qarşı çıxaraq referendum keçirməsinə baxmayaraq hazırda ağır günlər yaşamağa başlayb.
Teleqraf.com xəbər verir ki, dünən saat 18:00 dan başlayaraq Erbil və Süleymaniyyə hava limanlarında uçuşlar dayandırılıb. Buna səbəb İraq hökumətinin bu istiqamətdə tətbiq etdiyi sanksiya olub.
Muxtariyyətin lideri Məsud Bərzani BMT-yə müraciət edərək kömək istəyib.
Türk mediası xəbər verir ki, artıq Ərbil hava limanı boşdur, muxtariyyət rəhbərləyi İraqın bu sanksiyası qarşısında güncə sıxılıb.
Hazırda Məsud Bərzani Bağdadın bu addımına qarşı BMT-yə müraciət edərək təyyarə uçuşlarına qoyulan qadağanı ləğv etmək istəyir.