Bəli, Həqiqətən də bəziləri üçün “küçə həyatı” cazibədar görünür. Məhz bəzi insanların özlərini daha rahat,sərbəst,azad hiss etməsi onlara bu mühitin cazibədar görünməsinin səbəbidir. Belə insanlar hətta “küçə həyatı”nı özlərinin normal yaşayış tərzinə çevirirlər.
Küçə həyatına məruz qalmış insanlar kimlərdir? sualını verərkən ağlımıza ilk gələn cavab nə olur? – “Küçədə yaşayan insanlar”.
Doğrudur, amma bu insanların küçə həyatına məruz qalmasının bir neçə səbəbləri ola bilər. Beləki, onların bəziləri uşaq evlərindən, internat məktəblərindən qaçan uşaqlar, evdə zorakılığa məruz qalan, maddi, iqtisadi problemləri olan və başqa bir neçə səbəbdən küçə həyatına məruz qalan insanlardır.
YUNİSEF-in təsnifatında küçə həyatına məruz qalan insanları üç qrupa ayırırlar:
Evdə yaçayıb küçədə işləyənlər;
Yarı evdə, yarı küçədə yaşayanlar;
Küçədə yaşayan, küçədə işləyənlər, yəni həyatı küçədə keçənlər
Küçə həyatına məruz qalmış insanlara hər hansı bir məcburiyyətdən, hansı ki, bunlara –zorla diləndirilən uşaqlar, yaşlılar, roman tayfasından olan “dilənçilər”, maddi vəziyyəti aşağı olub dilənənlər, küçə alveri ilə məşğul olan insanları da aid etmək olar.
Belə bir yaşayışı özlərinə həyat tərzi kimi seçən insanlar küçədə çox böyük prolemlərlə üzləşirlər. Bu insanlar sığınacaqlardan, təhsildən, düzgün qida rasiyonlarından, sənədlərdən (doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi və s) və başqa bir neçə şeylərdən məhrum olurlar. Onlar küçədə yatırlar, çimmirlər, sanitariya baxımından pis vəziyyətdə olular. Bütün bunların hamısı onların infeksiyaya, xəstəliyə yoluxmasına gətirib çıxardır. Bu insanların psixoloji problemləri də olur. Hansı ki, onların taksikonomiya( kley iyləmə və s kimi zərərli vərdişlər) və narkomaniyaya meyilliliyi çox yüksək olur.
Həmin insanlar qarşılaşdıqları problemləri(sağ qalmaq, soyuqda,təhlükədən qorunmaq və s) həll etmək üçün yalan danışmaq, dilənçilik etmək, kley iyləmək və bu kimi bəzi pis vərdişləri etməyə məcbur olurlar. Bu məcburiyyətlər onların həyat təcrübələrini genişləndirir. Lakin onların bu pis vərdişləri ciddi fəsadlara səbəb olur.
Azərbaycanın məşhur psixoloqlarından biri olan Sveta Məcidova Küçə həyatına məruz qalmış uşaqlar haqqında apardığı tədqiqatları nəticəsində bir neçə kitablar yazmışdır.
Küçə həyatına məruz qalmış insanların küçə alveri ilə məşğul olmasına,dilənçiliyə,orqan alverlərinin qurbanlarına çevrilməsinə şahid oluruq.
Belə insanlara sosial yardım olaraq onları ilk öncə həkim müayinəsindən keçirtmək, sığınacaqlara yerləşdirmək, sənədlərini düzəltməyə və təhsil əldə etmələrinə kömək etmək, sonda isə mütləq şəkildə onlarla psixoloji seminarlar aparmaq vaibdir.
Leyli Çələbiyeva