KTMT Ermənistan və Azərbaycan üçün təkliflər hazırladı

38

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

Elchi.az xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahı məlumat yayıb.

Məlumata görə, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin missiya qrupunun iclası keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov müvafiq təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.

Ermənistan Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.