KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün Ermənistana gəlib.
Elchi.az xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb.
“Sentyabrın 20-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistana gəlib. Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir”, – məlumatda deyilir.
Missiyanın qarşısında mövcud vəziyyəti qiymətləndirmək, regiondakı vəziyyətlə bağlı KTMT-yə üzv dövlətlərin başçılarına ətraflı məruzə hazırlamaq və Azərbaycanla sərhədin müəyyən yerlərində yaranmış gərginliyin aradan qaldırılması üçün təkliflər hazırlamaq vəzifəsi dayanır.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...