” “Krım” körpüsünün vurulması siyasi əhəmiyyət kəsb edir”-Politoloq

121

” “Krım” körpüsü təkcə infrastruktur obyekti deyil, Putin rejiminin simvolu olmaqla yanaşı Putin üçün sakral məna daşıyır. Onun tikintisi Putinin göstərişi ilə baş tutub və qürrələnib ki, bu, Avropada ən uzun körpüdür. Onu, az qala yüzilliyin proyekti hesab ediblər. Amma Ukrayna hakimiyyəti bu obyektin məhv edilməsi barədə danışmağa başladığında, Kremldə əsəbiləşməyə başladılar”.

Bu fikirləri Elchi.az-a açıqlamasında politoloq Azər Qasımov söyləyib.

Politoloq qeyd edib ki, 2018-ci ildə Putin özü “Krım” körpüsünü inspeksiya etmək məqsədi ilə Kamaz avtomobilinin sükanı arxasına keçmiş, onun simvolik əhəmiyyəti haqda sevimli tarixi nağıllar danışmışdı:

“Körpünü Putinin oliqarx dostu Potenberq tikmişdi və buna görə ona “Rusiya əmək qəhrəmanı” adı almışdı. Sonralar isə məlum olmuşdu ki, Rotenberq buna görə anneksiya olunmuş Krım yarmadasında bir çox obyektlərin də sahibi olmuşdur. 3 ilə tikilən 19 km-lik körpü Moskvaya 228 milyard rubla başa gəlmişdi.
Krımdakı Novofyodorovkada aviabazanın 9 avqustda partladılmasından sonra orda fövqəladə vəziyyət belə elan edilmişdi. Bundan bir həftə sonra isə işğalçıların Jankoyski rayonunda sila-sursat anbarının partlamasından sonra isə hətta, Medvedyev atdığı: “əgər Krıma hücum olsa, Ukrayna üçün bu, qiyamət günü olacaq” tvitini belə silmişdi.
Publik çıxışlarda bundan sonra hədəfin “Krım” körpüsü olacağı tez-tez deyilir. Bu, həqiqətən də rus ictimaiyyətinin fikri ilə deyil, Rusiya hakimiyyəti ilə oyundur. Onlar nəyi gözləməyi bilmirlər. Əsas odur ki, Putin susur. Onların deməyə sözü yoxdur, əgər “Krım” körpüsünə hücum olsa belə, yenə susacaqlar.
“Krım” körpüsünü çox eşelonlu müdafiə sistemləri: S 300, S 400lər qoruyur, Pantsir və “Tor”-larla bir yerdə. Fiziki olaraq isə döyüşçü dalğıclarla birlikdə diversiya əleyhinə katerlər və körpü boyu aldadıcı hədəf rolu oynayan barjlar qoyulub ki, gələn raketlərin döyüş başlığını aldatmaqla özünə cəlb etsin. Hər halda bu körpü qorunaqlı və əsaslı körpüdür. Onu bir raket ilə vurmaq mümkün deyil. Körpünü məhv etmək, sıradan çıxarmaq üçün eni vaxtda ardıcıl güclü raketlərlə zərbələri endirmək tələb olunur”.

A.Qasımov vurğulayıb ki, “Krım” körpüsünün vurulması daha çox siyasi əhəmiyyət kəsb edir:

“Onun vurulması Kremldə və rus ictimaiyyətində şok effekti yaradacaq. Xüsusi əməliyyat çərçivəsində isə “Moskva” kreyserinin vurulmasından çox effekt yaradacaq. Ən əsası isə bu, birbaşa Putinin alnına vurulan zərbə olacaq.
“Krım” körpüsünə qarşı bu hərbi addım effektiv olması üçün lazım olan silah və şərait olan kimi atılacaq. Körpü tək nəqliyyat deyil, eyni zamanda, Putinin ölkə daxilində avtoriteti baxımından vacibdir. Bunları ayırmaq üçün sadəcə düzgün “qayçı”nı seçmək lazımdır”.

Yeganə