Müharibənin altıncı ayı olmasına baxmayaraq, Rusiya hələ də hava üstünlüyünə malik deyil.
Bu sözləri “Stars and Stripes”in müxbiri Keytlin Doornbos Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən bildirib.
Bildirilib ki, Ukraynanın müdafiə gücü Rusiya ordusunu çıxılmaz vəziyyətə salan səviyyəyə çatıb.
“Bu həftə Rusiyanın itkilərini necə ört-basdır etməyə çalışması bizi heyrətə gətirdi. Gördüklərimiz həqiqətən də Moskvadan gələn çox ekspansionist ritorika idi. Həmçinin, XİN başçısı Sergey Lavrovun hökumətinin əvvəlki bəyanatlarını təkzib etməsini də eşitdik”, – rəsmi deyib.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...