“Donbasdakı münaqişə sülhlə bitəcək, çünki artıq Rusiya rəhbərliyi vəziyyətdən ləyaqətlə çıxmaq üçün fürsət axtarır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma çıxış edib. O, müharibənin sülhlə bitəcəyinə inandığını bildirib:
“İstənilən müharibə sülhlə bitir. Donbasda özlərinin çətinliyə düşdüklərini və oradan praktiki olaraq çıxış olmadığını anladılar. Bu ərazidə olan problemlərin çoxluğu bizi sülh haqqında fikirləşməyə vadar edir, nəinki müharibə”.
Xatırladaq ki, Leonid Kuçma Prezident Pyotr Poroşenkonun təmsilçisi kimi sentyabrın 5-də Minskdə Donbasdakı atəşkəsin bitməsi haqqında protokol imzalayıb.