Kraliçanın tabutu Edinburqdakı kilsəyə aparılıb

37

Kraliça II Elizabetin tabutunu aparan kortej Şotlandiyanın Edinburq şəhərindəki Holirud sarayından St.Giles kilsəsinə istiqamət götürüb.

Elchi.az xəbər verir ki, Kral III Çarlz və kral ailəsinin digər üzvləri tabutu müşayiət ediblər.

Edinburq sakinləri yol boyu səssizcə cənazənin keçməsini izləyiblər.

Kilsədə Kraliçanın xatirəsinə mərasim keçiriləcək, bundan sonra 24 saat ərzində ictimaiyyət onunla vidalaşa biləcək. Çərşənbə axşamı cənazə Londona gətiriləcək.