Kraliça II Elizabetin cənazəsi Bekinqem sarayına gətirilib

36

Kraliça II Elizabetin cənazəsi bu gün 20:00 radələrində (Bakıda 23.00) Edinburqdan Bekinqem sarayına gətirilib.

Elchi.az-ın London müxbirinin xəbərinə görə, cənazəyə baxmaq üçün minlərlə insan qabaqcadan sarayın darvazaları ətrafında toplaşıb.

Cənazə sabah saraydan Vestminister Sarayına gətiriləcək və 4 gün ərzində icitmaiyyətə açıq olacaq.