Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə hökumətin Ciddədəki Əl-Salam sarayında iclası keçirilib.
Elchi.az SPA agentliyinə istinadən xəbər verir ki, iclasda krallığın enerji nazirinə Azərbaycan hökuməti ilə enerji sahəsində sazişin layihəsi ilə bağlı danışıqlar aparmaq və yekun saziş imzalamaq səlahiyyəti verilib.
Bundan əlavə, iclasda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə səfəri barədə çıxışı dinlənilib, krallıqla ABŞ, Avropa İttifaqı və ərəb dövlətləri arasında müxtəlif sahələrə dair imzalanacaq bir sıra sənədlərlə bağlı hökumətə səlahiyyət verilib.