“Azərbaycanda koronavorusdan vəfat edən şəxslərin dəfn xərcləri dövlət tərəfindən ödənilir”. Elchi.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, xəstəxanalarda təbii-bioloji ölümlərə görə şəxslərin dəfni ilə bağlı hər hansı problem qeydə alınmayıb və Operativ Qərargaha məlumat daxil olmayıb.
TƏBİB sədri vurğulayıb ki, bununla belə ehtiyac yaranarsa, həmin şəxsin ailəsinə lazım olan bütün dəstək göstərilir.