Koronavirusa yoluxanların sayı 576 milyonu ÖTÜB

35

Dünyada koronavirusa yoluxanların sayı 576 milyon 81 min nəfəri keçib.

Elchi.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bəyan edib.

Bildirilib ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 milyon 399 min 498 nəfərə çatıb.

Ən çox yoluxma halları ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniyada qeydə alınıb.