Komitə döyülən məktəbli qızla bağlı MƏLUMAT YAYDI

55

“Kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkaran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalması ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılmış və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyyələr verilib.

Elchi.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədi ilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb:

“Müvafiq söhbətlər və psixoloji qiymətləndirmənin aparılması məqsədi ilə

yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsine dəvət edilib. Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə,həmçinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq”.