Minifutbol üzrə Azərbaycan çempionu “Birbaşa”nın Monteneqronun paytaxtı Podqoritsada keçirilən EMF Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib.
Bu, Bosniya və Herseqovinanın “Sipa” kollektivini penaltilər seriyasında məğlub edən meydan sahibi “Dadi Qradnya” (Monteneqro) komandası olub.
Qeyd edək ki, “Birbaşa” – “Dadi Qradnya” görüşü sentyabrın 3-də keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun “CBC Sport” telekanalı vasitəsilə canlı göstəriləcək.
Pelenin Braziliya millisindəki rekordu qırılıb
Əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordu qırılıb. Elchi.az “Ok Diario” nəşrinə istinadən xəbər verir ki, yığmanın 17 yaşlı hücumçusu Endrik...