Ermənistanda Robert Köçəryan həbsi və Yuri Xaçaturovun istintaqa cəlb olunması ilə bağlı millət vəkili Sahib Alıyevin Metbuat.az-a verdiyi eksklüziv şərhi təqdim edirik:
“Ermənistanda baş verən həbslər həm siyasi, həm də geosiyasi mahiyyət daşıyır. Siyasi mahiyyət ondan ibarətdir ki, Nikol paşinyan və ətrafı bu yolla qarşıdakı parlament seçkilərində özləri üçün ən güclü rəqib gözündə gördükləri Köçəryan və ona yaxın olan adamları zərərsizləşdirirlər. Eyni zamanda, bu siyasi addım hadisənin geosiyasi mahiyyətindən doğur. Yəni, bunun geosiyasi mahiyyəti olmasaydı, Nikol Paşinyan belə bir siyasi addım atmağa cəsarət etməyəcəkdi. Çünki Qərbin böyük reaksiyası ilə üzləşə bilərdi. İndi isə Qərb susqunluq göstərir. Susqunluğun da səbəbi bir daha qeyd edirəm ki, bu hadisənin geosiyasi mahiyyətindədir.
Bəs bunun geosiyasi mahiyyəti nədir? Fikir verdinizsə, Köçəryan 2008-ci il 1 mart hadisələrində on nəfər adamnın güllələnməsində günahlandırılırdı. İndi isə o, 1999-ci il 27 oktyabr hadisələrinin təşkilatçısı kimi də günahlandırılmağa başlanılıb. Heç təsadüfi deyil ki, belə bir günahlandırma ortaya çıxandan dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyini, öz siyasi rəqibləri və xələflərini aradan götürməkdə, verdikləri vədlərə əməl etməməkdə günahlandırdı. Təbii ki, burada Segey Lavrovu nahat edən məqam heç də Nikol Paşinyanın qisasçılıq kimi qiymətləndirdiyi, qanuna uyğunluq baxımından xeyli sual doğuran addımlar atması deyil. Məsələ onunla bağlıdır ki, ilk növbədə Rusiyapərəst və Ermənistanda müəyyən təsiri olan adamları həbs edirlər. İkincisi isə, 1997-ci ilin 27 oktyabr hadisələrində Moskvanın da adı hallandırılırdı. Ola bilər ki, bu araşdırmalar məhz ilk növbədə Parlamentdə baş verən gülləbaranda Rusiyanın bəlli strukturlarının da rolunun olduğunu göstərmək üçündür. Bu isə təbii ki, Kremldəkilərin maraqlarına qətiyyən cavab vermir”.
Elchi.az