Köçəryan: Ölən erməni hərbçilərin sayı artacaq

30

Ölən erməni hərbçilərinin sayı dəyişə bilər, çünki itkin düşənlər barədə məlumatlar var.
Elchi.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
“Baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, sərhəddə vəziyyətin gərginləşməsi zamanı təsdiqlənmiş məlumatlara görə, 135 erməni hərbçisi ölüb. Çoxlu sayda yaralı da var. Yalnız onların taleyini biləndən sonra nə qədər ölü və əsirin olduğu məlum olacaq”, – o bildirib.
O qeyd edib ki, itkin düşənlərin ümumi sayı açıqlanmır:
“Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir”.
Deputat ölən hərbçilərin siyahısının niyə hələ də açıqlanmaması sualına cavab verməkdən imtina edib.