Kimdir günahkar ?

34

“DTX, MİDA və VXSİ Dövlət Agentliyi gözlənilən birgə rəsmi açıqlamanı yayıblar. Açıqlamada bu gün baş tutmayan MİDA-nın onlayn mənzil satışı prosesinin səbəbləri qeyd edilib. Rəsmi olaraq bildirilib ki, Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə xaricdən kiberhücum olub. Bu səbəbdən də “prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq” mənzil satışı dayandırılıb”.

Elchi.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Feysbuk hesabında qeyd edib:

“Baş verənlərlə bağlı cinayət işi başlanıb.Belə bir şəraitdə onlayn satışın dayandırılması qərarı doğrudur.Amma, maraqlıdır, görəsən kimdi günahkar ki, bu cür dövlət əhəmiyyətli layihəni reallaşdırmaq mümkün olmayıb.Əgər, rəsmi olaraq təsdiqlənirsə ki, dövlət qurumuna qarşı kiberhücum olub, onda aydındırkı burada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin də məsuliyyəti var.Çünki, məhz bu tip məsələlərlə bağlı cavabdeh qurum XRİT Dövlət Xidmətidir.Fikrimcə, Asan Login sisteminə kütləvi DDoS hücumların, kiber müdaxilələrin zərərsizləşdirilməsi istiqamətində zamanında gərəkən tədbirlər görülməyib.

Düşünürəm ki, əgər öncədən DDoS təhlükəsi nəzərə alınsaydı, adı çəkilən qurumun peşəkalığı ilə problemi aradan qaldırmaq çox asan olardı, ən azı Asan login və ya MİDA-ya xaricdən olan trafik bloklana bilərdi.

Beləliklə, rəsmi açıqlamadan sonra , düşünürəm ki, bu gün MİDA-nın onlayn satışının baş tutmamssına görə daha çox məsuliyyət daşıyan qurum XRİT Dövlət Xidməti və təbii ki, eGov Mərkəzidir.
Ümid edirəm, məsul şəxslər bunun fərqindədir və bir daha təkrarlanmaması üçün tədbirlər görüləcək.

P.S. Bir müddət öncə Prezidentin fərmanı ilə kritik qurumların kibertəhlükəsizliyi ilə bağlı tədbirlər təsdiqlənib. Əsas səlahiyyətlər DTX və XRİT Dövlət xidmətinə verilib.

Fikrimcə, aidiyyatı qurumlar, xüsusilə də DTX və XRİT Dövlət Agentliyi dövlət qurumların, o cümlədən kritik qurumların təhlükəsizliyinin qorunması istiqamətində səylərini gücləndirməlidirlər”.

Yeganə