19 yaşlı model Kendall Cenner erməni əsilli amerikan aktrisa Kim Kardaşyanın ögey bacısıdır. Kendallın Kimdən başqa daha 7 bacı-qardaşı var.
Model fəaliyyətinə 14 yaşında başlayan Kendall “Teen Vogue”, “Paper” jurnallarında əsasən bacısı Kayli ilə çıxıb. O, bacıları arasında ən uzun boylusudur. Boyu 178 sm-dir.
Kendallın 2 milyon dollar sərvəti olduğu deyilir. Sevdiyi filmlər “Mulen Ruj” və “Qeyd dəftəri”dir.
Hazırda “Kardaşyanlar ailəsi” realiti şousunda iştirak edir. “Chanel”, “Marc Jacobs” kimi brendlərin dəfilələrinə çıxıb.