Elchi.az xəbər verir ki, Türkiyənin ana müxalifət partiyası CHP-nın sədri Kamal Kılıçdaroğlu “14 Dekabr” əməliyyatları ilə bağlı jurnalistlərə verdiyi brifinqdə aktrisa Hülya Avşarı da ciddi şəkildə “söz atəşinə” tutub.
“HÜLYA AVŞAR SƏNƏTÇİDİR Kİ”?
Hülya Avşar kimdir, əfəndim? Kimdir Hülya Avşar? Sənətkarmı? Kimsə qüsura baxmasın, onun sənətkarlığı mübahisə oluna bilər . Yaltaqdan sənətkar olmaz. Hər kəs bunu belə bilməlidir. Gücün qarşısında əyilən adama sənətkar deyilməz. Bütün dünya bunu belə qəbul edir. Sənətkar üsyan edəndir, üsyanın ümididir sənət.
Elchi.az bildirir ki, CHP liderini bu qədər sərt danışmağa vadar edən Hülya Avşarın Türkiyə İş Qadınları Birliyinin tərkibində Türkiyə Prezidenti ilə görüşdən sonra səsləndirdiyi fikirlər olub. Həmin videonu da təqdim edirik:
Elchi.az