Çeçenistan rəhbəri Ramzan Kadırov istefasının mümkünlüyünə işarə edib. Ancaq onun üçün güc strukturunda yüksək vəzifə hazırlanır.
Belə bir iddia ilə Rusiyanın “Meduza” nəşri mənbələrinə istinadla çıxış edib.
“Ramzan Kadırov Milli Qvardiyada rəhbər vəzifə tuta bilər”, – nəşr qeyd edib.
Putin administrasiyasına yaxın mənbə bildirib ki, bu təyinat hazırda nəzərdən keçirilir.
Qeyd edək ki, Ramzan Kadırov bu gün Teleqram kanalındakı video-müraciətində “müddətsiz və uzun məzuniyyətə” hazırlaşdığını bildirib.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...