Əfqanıstanın paytaxtı Kabildə 22 nəfərin yaralanması ilə nəticələnən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Elchi.az xəbər verir ki, bu barədə təşkilat özü məlumat yayıb.
Şahidlərin sözlərinə görə, bomba şəhərin qərbində şiə müsəlman icmasının üzvlərinin mütəmadi olaraq toplaşdığı yerdə partladılıb.
Talibanın Daxili İşlər Nazirliyinin nümayəndəsi partlayış baş verən yerdə istintaq qrupunun olduğunu bildirib. Hücum Aşura ərəfəsində baş verib.