Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Elchi.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər yaralanıb.
Partlayış şəhərin şiə müsəlman icmasının üzvlərinin mütəmadi olaraq toplaşdığı qərb bölgəsində baş verib.
İnternetdə yayımlanan videogörüntülərdə təcili yardım maşınlarının hadisə yerinə getdiyi görünür.
Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü yaralılara kömək etmək və itkiləri qiymətləndirmək üçün partlayış yerində istintaq qrupunun olduğunu bildirib.