İtaliya rus biznesmenin 11 villasını həbs etdi

63

İtaliya hökuməti “Akron” mineral gübrə şirkətinin sahibi rusiyalı iş adamı Vyaçeslav Kantorun 11 villasını həbs edib.

Elchi.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, üzərinə həbs qoyulan mülklər arasında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsinə məxsus olmuş villalar da var. Sonralar həmin mülklər Kantora satılmışdı.

Həbs edilən villaların hamısı Sardinyanın şimal-şərq sahilindəki Porto-Rotondo kurortunda yerləşir.

Qeyd edək ki, Vyaçeslav Kantor aprel ayından Avropa Birliyinin sanksiyalar siyahısındadır.