İtaliya prezidenti Sercio Mattarella parlamenti buraxıb.
Elchi.az xəbər verir ki, bu barədə İtaliya prezidentinin rəsmi saytı məlumat yayıb.
“Respublika prezidenti Sercio Mattarella parlamentin iki palatasının sədrini dinlədikdən sonra Konstitusiyanın 88-ci maddəsinə uyğun olaraq, Respublika Senatının və Deputatlar Palatasının buraxılması haqqında fərman imzalayıb”, – internet saytında yerləşdirilən məlumatda deyilir.
Xatırladaq ki, İtaliyanın baş naziri Mario Draqi bir müddət əvvəl istefa verdiyini açıqlamışdı.