İsveçrədə dağ yüksəkliklərində 1968-ci ildə qəzaya uğrayan yüngül təyyarənin qalıqları aşkar edilib.
Elchi.az xəbər verir ki, bu barədə Fransa və İsveçrə KİV-ləri məlumat yayıb.
Təyyarənin qalıqları turistlər tərəfindən Alets buzlağında aşkar edilib.
Tapıntının 1968-ci ilin yayında qəzaya uğramış “Piper Cherokee” təyyarəsinin qalıqları olduğu məlum olub.
Təyyarədə Sürixdən olan üç isveçrəli – müəllim, həkim və oğlu olub. Qəzadan sonra onlar tapılıb, lakin təyyarənin qalıqlarını yüksəklikdən endirmək üçün texniki imkanlar olmayıb.