İsveç Ukraynaya yeni hərbi yardım paketi ayırıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.
O bildirib ki, yeni hərbi yardım paketinə artilleriya mərmiləri də daxildir. Reznikov İsveçin xarici işlər və müdafiə nazirlərinə təşəkkür edib.
“Biz birlikdə Avropada sülh və təhlükəsizliyi bərpa edəcəyik”, – nazir əlavə edib.