İstanbulda antialkoqol reydlər

70

Əməliyyatda 1500 polis iştirak edibfft99_mf1776869

İstanbulun Güngörən rayonunda genişmiqyaslı əməliyyat keçirilib.
ANS PRESS-in məlumatına görə, İstanbulun Güngörən rayonunda 1500 nəfərlik polis heyətinin iştirakı ilə gözlənilməz əməliyyat baş tutub. Əvvəlcə, İstanbul polis idarəsinin tabeliyində olan polis işçiləri ötən gün axşam saatlarında Güngörən stadionu önündə toplaşıblar. Burada hamı təlimatlandırıldıqdan sonra müxtəlif istiqamətlərdə hərəkətə keçiblər.
Qruplar küçə və prospektlərdə içkili şəxsləri müəyyənləşdirərək onların üzərində axtarış keçirib, şəxsiyyətləri haqqında izahat tələb ediliblər.
İçkili olmayan vətəndaşlar isə polis nəfərlərinin onlara qəfil yaxınlaşmasından ehtiyat edərək, qorxuya düşüblər.