“İstənilən təxribata cavab vermək gücümüz var”-Deputat

38

“Sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyni təsdiq edir”.

Elchi.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov FB hesabında bildirib:

“Avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidlər yaratmışdı. Məhz həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil verdi. Bu Azərbaycanın regionda sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Təəssüf ki, Azəbaycanın humanist və sülhsevər mövqeyinə baxmayaraq İrəvan yenidən təxribata əl atdı. Bununla da, Ermənistan sülhdə deyil, regionda vəziyyətin gərgin olmasında maraqlı olduğunu nümayiş etdirdi.
Sülh danışıqlarına rəğmən dünən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar vəziyyətin gərginləşməsinin əsas səbəbdir və Azərbaycan ordusu təxribatların qarşısını almaqda davam edərərək atəş nöqtələrini neytrallaşdırılır.
İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu hər zaman təsdiq edir.
Allah hərbiçilərimizi qorusun. Zəfər bizimlədir.
Qarabağ Azərbaycandır!”.

Yeganə