İstənilən an müharibəyə hazırıq – Kim Çen İn

34

Şimali Koreya istənilən an nüvə qüvvələrini tez və dəqiq səfərbər etməyə tam hazırdır.

Elchi.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

“İndi silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə tam hazırdır və öz missiyasını yerinə yetirmək üçün mütləq gücünü düzgün, dəqiq və tez səfərbər etməyə tam hazır vəziyyətdədir. Seul Pxenyana qarşı qabaqlayıcı zərbəni mümkün hesab edirsə, yanılır”, – Şimali Koreya lideri bildirib.