İsrailin yeni baş naziri Ərdoğana təşəkkür etdi

61

İsrailin yeni Baş naziri Yair Lapid Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə telefon danışığı aparıb.

Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Söhbət zamanı Türkiyə lideri Baş nazir Lapidi təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Baş nazir Lapid Türkiyədə İsrail vətəndaşlarına qarşı terror cəhdlərinin qarşısının alınmasında göstərdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib.

İki lider İsrail-Türkiyə münasibətlərinin daha da yaxşılaşdırılması barədə müzakirə aparıblar.