İsrail sazişi təsdiqlədi: Türkiyəyə uçuşlar başlayır

55

İsrailin Nazirlər Kabineti ölkə aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid Tvitter səhifəsində məlumat verib.
“Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, – Lapid yazıb.