İrailin Azərbaycandakı səfiri Corc Dik “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə 12 xal verməsinə görə təşəkkürünü bildirib. Azvision.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında yazıb:
“Təşəkkürlər Azərbaycan!
Dünən keçirilən “Avroviziya 2021” də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi.
Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.
Çox sağ olun!”