İspaniyanın Dövlət Meteorologiya Agentliyi havanın kəskin isti keçməsi ilə əlaqədar ölkənin 26 əyalətində yüksək təhlükə səviyyəsi elan edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin 3 əyalətində – Kastiliya-La-Manç, Estremadur və Əndəlusda isə 12 və 13 iyun tarixlərində “narıncı” (ən yüksək) təhlükə səviyyəsi elan edilib.
Hazırda İspaniyanın bəzi əyalətlərində havanın temperaturu 38 dərəcəyə çatır.