Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
Elchi.az xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib.
Eldəniz Əzizli (55 kq) yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1, Rafiq Hüseynov (82 kq) türkiyəli Emrah Kuşana 2:1, Elis Manolova (65 kq) isə kamerunlu Berte Emilyeyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) uğurla çıxış edərək finala çıxıb.