“İraq Şam İslam Dövləti” (İŞİD) radikal qruplaşmasına qoşulan təxminən 20 nəfər avstraliyalı Suriya və İraqda hərbi əməliyyatlar zamanı həlak olub.
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Corc Brendis məlumat verib.
“Hökumət təxminən 20 avstraliyalının İraq və Suriyada münaqişə zamanı həlak olduğunu bilir. Bu say son həftə ərzində artıb. Bir neçə avstraliyalı hökumət qoşunları ilə toqquşmalarda həlak olub”, – Brendis deyib.
Avstraliya hökumətin məlumatına görə, təxminən 70 avstraliyalı İŞİD sıralarına qoşulub.