“Almaniyada, Amerikada, Yaponiyada iqtisadiyyatın aparıcı qüvvəsi sənaye məhsullarıdısa, bizdə neftdən əlavə ən böyük drayver toylar və tikintidir” . Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, toy bizim iqtisadiyyatımızın ana xətti olmasaydı, bu qədər şadlıq evləri tikilməzdi ki: “Xoşumuza gəlməsə də gerçəkliyimiz budur.
Ikinci drayver tikintidir. Tikinti az qala bütöv Azərbaycanı işlə təmin etmək iqtidarındadır və biz bunun birinci tikinti bumunda şahidi olmuşuq. Indi isə tikintilər həddindən artıq çox zəifləyib və iş adamları və aidiyyatı təşkilatlarla söhbətimə uyğun olaraq diqqəti iki məsələyə çəkmək istəyirəm”.
Deputat bildirib ki, birinci məsələ, köçmək istəməyən bir və ya bir neçə vətəndaşa görə tikintilərin aylarla, bəzən illərlə gecikməsidir. Bir vətəndaş ayağını yerə dirəyib köçmək istəmir: “Kvadratından dəfələrlə çox kvadrat istəyir və ya evini, mənzilini dəfələrlə baha dəyərləndirir. Mən hər zaman vətəndaşların yanında olmuşam, amma bu məsələ bir vətəndaşın ucbatından yüzlərlə vətəndaşa ziyan vurduğuna görə haqqı deməliyəm. Iş adamları bezir, vətəndaşlar bezir, iş yerləri bağlanır və digər sərmayəçilər də qorxub qaçır. Qaçıb başqa ölkələrdə tikir.
Təklifim budur ki, qanuna uyğun dəyişiklik edək. Əgər sakinlərin 70%-i köçürülmə və şərtlərlə razıdırsa, o zaman qalan 30% hüquqi müstəvidə 10 gün müddətində həllini tapsın. Mən Parlamentin müvafiq komitəsinin sədri hörmətli Tahir müəllimdən xahiş edirəm ki, bu məsələni komitə olaraq araşdırsın və çox yaxında biz dəyişiklikləri komitələrdə müzakirə edək və plenar iclasa çıxaraq. Bunu gecikdirmək olmaz. Bu səbəbdən bilirsiniz nə qədər iş yeri tormozlanıb? On minlərlə. Bu məsələdə vətəndaşların da maraqlarını insan hüquqları kontekstində daha yaxşı təmsil etmək üçün insan hüquqları komitəsinin üzvü kimi müzakirələrdə iştirak etməyə hazıram. Ikinci məsələ isə, Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli Fərmanı ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsidir. Bu fərmanı yüksək qiymətləndirir və yaradılan nizam-intizamdan da razıyam. Hərçənd ki, Bakı çox eybəcər tikilib və həlli onilliklər çəkəcək digər problemlər yaradılıb.
Hazırki problem budur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər havadan asılı qalıb. Çünki, Prezidentin yeni fərmanından sonra yeni standart və qaydalar var. Sənədlər isə köhnə normativlərə görə verilib və iş adamları da köhnə normativlərlə layihə təqdim edib və rüşvət də ödəyib. Adbaad çəkə bilərəm ki, kim neçə milyon və kimə verib. Indi o adamlar vəzifədən alınıb. Amma, bu və digər səbəblərdən əlində qanuni sənədi olan iş adamları tikinti apara bilmir.
Istəyim budur ki, bu məsələ ilə bağlı həll yolu tapılsın. Təklif edirəm ki, ədalətli həll yolu olaraq ortaq variant seçilsin.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklif etdiyi şərtlərlə Memarlıq və Şəhərsalma Baş İdarəsinin verdiyi sənədlər arasında bir ortaq məxrəc tapılsın”.
MB bu banka icrası məcburi sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sənaye Bankı ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. AMB-dən Elchi.az-a verilən...