“İraqda baş verən lokal silahlı vətəndaş qarşıdurması əsasən, İranın 2003-cü ildən bəri bu ölkədə siyasi mövqeyinə son qoymağı hədəfləyib. İran ABŞ-ın hərbi müdaxiləsiilə devrilən Səddam Hüseyndən sonra buradakı şiə qruplaına aktiv dəstək verərək hakimiyyət 20 ilə yaxın idarə edir. Bununla öz nüfuzunu İraqda qoruyub saxlayır”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə FB hesabında bildirib.
O, qeyd edib ki, artıq Yaxın Şərqdə geosiyasi şərtlər yenidən dəyişir və İranın İraqda siyasi hakim mövqedə olması, bu ölkədə siyasi sabitliyin əldə edilməsinə əngəl olub:
“İranın bu illər ərzində İraqda silahlı “Haşdi Şabi” qruplaşması yartaması və bundan daxili siyasi nüfuzunu qoruması, artıq İraqda vətəndaş müharibəsinə gətirib çıxarıb. İran hərvəchlə çalışır ki, dəstək verdiyi siyasi qruplaşma hakimiyyətdə olsun və bundan Tehran regionda öz siyasi ambissiyalarını həyata keçirsin.
Artıq İraqda ABŞ, İranın siyasi mövqeyinə son vermək üçün şiə siyasi lideri Müqtəda Əl Sədrə dəstək verərək İranın dəstək verdiyi siyasi qrupa qarşı mübarizə aparır. M. Sədrin “Sədrçilər Bloku” seçkilərdə qələbə əldə etməsinə baxmayaraq İran dəstəkli qruplar hökumətin qurulmasın, imkan vermir. Xüsusilə, “Haşdi Şabi” təşkilatı bu prosesdə aktiv şəkildə iştirak edir. M. Sədrin müttəfiqi Mustafa əl-Kazimi müvəqqəti baş nazir olaraq qalır. M. Sədrin tərəfdarları hökumət və parlament binalarını ələ keçirib, İraq küçələrində artıq silahlı qarşıdurma yaşanır.
İran bütün qüvvələrindən istifadə edib, İraqda hakimiyyəti əldən buraxmaq istəmir. ABŞ və Böyük Britaniya İraqda İranın dəstək verdiyi siyasi qruplaşmaya son verməsi gözlənilir. İran ABŞ səfirliyini raket atışı həyata keçirib. M. Sədr siyasətdən çəkilməsini elan etsə də İrana qarşı etirazın başında durub əvə prosesləri idarə edir. M. Sədr İraqda İranın yartadığı “Haşdı Şabi” silahlı qruplaşmanın ləğvini və ölkəsində mövqeyinə son verməyi hədəfləyib. İki tərəfin şiə olmasına baxmayaraq milli qüvvələri təşkil edən M. Sədrin qalib gəlməsi gözlənilir.
Ümumiyyətlə, İraqda ABŞ və İran arasında qarşıdurma pik səviyyəyə qalxıb. İran həm Suriyadan. Həm də İraqdan çıxarılması prosesinə start verilib. İranın İraqda məğlub olması və məzhəb adı altında uzun illər rüşvət, korrupsiya və ədalətsizliyə son verilməsi ilə nəticələnəcək. Göründüyü kimi Tehranın qonşu ölkələrə qarşı məzhəb təəsübküşliyi qanlı siyasi cəmiyyət və ədalətsiz bir sistemdir.
İraqda baş verənləri Azərbaycan yaxından izləməlidir. Çünki, İran məzhəb adı altında ölkəmizdə qarşıdurma və siyasi nüfuz etmə siyasətini həyata keçirir. İran 30 ildir ki, Ermənistanın işğalına verdiyi dəstəyi və ədalətsiz mövqe tutması bizə məlumdur. Bundan sonra da İran Azərbaycanda siyasi istiqarı deyil, siyasi sabitsizlikdə maraqlı olacaq. Çünki, İrana sabit qonşu deyil, ona özünün idarə etdiyi sabitsizlik bir ölkə lazımdır. İraqda baş verənlər bunun əyani təzahürüdür”.
Şayəstə