İranla yeni sazişin son mərhələsi… – Putin

45

Rusiya ilə İran arasında əməkdaşlığa dair yeni saziş üzərində iş son mərhələdədir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib.
“Rusiya və İran arasında əməkdaşlıq əlaqələri yaradacaq yeni böyük müqavilə üzərində iş son mərhələdədir”, – o bildirib.
Onun sözlərinə görə, Moskva ilə Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir:
“İkitərəfli əməkdaşlıq müsbət inkişaf edir, ticarət artır. Rusiya ilə İran arasında ticarət dövriyyəsi ötən il 81%, bu ilin ilk 5 ayında isə daha 30% artıb”.