“İranla Ermənistanın iqtisadi və ticari əlaqələri dərinləşib”

50

“İkinci Qarabağ müharibəsindən sonra İran ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi müşahidə olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 502.8 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 25.2 faiz artım deməkdir”.

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov FB hesabında qeyd edib:

“Bu ilin ilk yarısında isə cənub qonşumuz ilə Ermənistan arasında ticarət dövriyyəsi 307 milyon dollara çatıb. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 73.0 faiz artım deməkdir.
Rəsmi Tehran Ermənistan ilə illik ticarət dövriyyəsini 1.0 milyard dollara çatdırmağı hədəfləyir.
Statistika həqiqəti daha aydın göstərir”.

Şayəstə