“İranın narahatlıq hisslərinin səbəblərindən biri də, onun qeyri-leqal ticarətin bir həlqəsindən məhrum olmasıdır.
Sərhəd dəyişikliyini bilirsinizmi həm də niyə qəbul etmirlər? Bəndləri yazıram, hərə özü nəticə çıxarsın”.
Elchi.az bildirir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“İran kriminal elementlərdən öz xeyrinə daim istifadə edib və Qarabağ münaqişəsi zamanı da isə bu fəaliyyət üçün yumşaq zəmin var idi.
SEPAH dünyada öz maraqlarını yaratmaq və hərbi təxribatlar həyata keçirmək üçün müntəzəm olaraq narkotik kartelleri və digər cinayətkar qruplardan istifadə edir.
Narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni məhsulların ticarəti, məhsulların saxtalaşdırılması, insan alveri, silah qaçaqmalçılığı, immiqrantların qaçaqmalçılığı, çirkli pulların yuyulması fenomenləri SEPAH-ı böyük pay sahibi edir.
SEPAH narkotiklərin hətta Qərb ölkələrinə də paylanması şəbəkəsini də inkişaf etdirmək üçün geniş əlaqələr yaradır.
Qanunsuz fəaliyyətlərdən qazanılan pullar İranı ağır sanksiyalardan da qoruyur.
BELƏLİKLƏ:
İran əvvəllər bu fəaliyyətin bir cəbhəsini Qarabağda açmışdı. Azərbaycan isə 44 günlük müharibə və sonrakı periodda vəziyyəti dəyişdirdi. İndi İran qeyri-leqal qida mənbələrinin birindən məhrum olub və böyük maliyyə itkisi ilə üzləşdiyi şəraitdə bu ona xoş deyil”.
Yeganə