İranın neft yatağında yanğın baş verdi

33

İranın cənub-qərbindəki Əhvaz vilayətində neft yatağında yanğın baş verib.

Elchi.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə yanğın söndürülüb.

Hadisədə insan tələfatı olmayıb.