İranın müdafiə nazirinin müavini Azərbaycana gəldi

50

İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.
Elchi.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
İranlı admiralın səfər çərçivəsində “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.