“İran fars rejiminin sərhədlərin dəyişməsinin onların qırmızı xətti olduğunu və bu durumda Azərbaycana qarşı hərbi gücdən istifadə edəcəyini bildirməsi ilə iki dövlət arasında aparılan danışıqlarda isə qarşılıqlı əməkdaşlıqdan razılıq ifadə edilməsi, ölkələr arasında dostluq münasibətlərinin olmasından danışılması hələlik, necə deyərlər, iplərin qırılmadığı anlamına gəlir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov FB hesabında qeyd edib:
“İran açıq və ya üstüqapalı öz təhdidlərini müxtəlif səviyyələrdə eşitdirir, sərhəddə hərbi əməliyyat görüntüsü yaratmaqla mesajlar verir.
Azərbaycan Zəngəzur dəhlizini 10 noyabr müqaviləsinə əsasən açmalı, oranı Rusiyanın nəzarətinə verməli və heç bir beynəlxalq qanunu pozmadan bu yoldan istifadə etməlidir. Bu, Azərbaycanın legitim hüququdur. Ermənistan yolun açılmasına imza atıb. Bu yola hər kəs bir ad qoya bilər, amma faktiki olaraq maneəsiz istifadə ediləndən sonra bunun mənası yoxdur. Bütün bunlar Rusiyanın razılığı ilə olacağı üçün İranın buna qarşı çıxması yenə də bizə sərf edəcək. Biz Zəngəzurdan dəhliz istədiyimiz halda İranın cənub əraziləri bizə qalacaq”.
Yeganə