“İran “Zəngəzur” dəhlizinin açılmasına qarşı hərbi əməliyyatlara başlayarsa, qarşısında Türkiyə ordusunu görəcək”.
Elchi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Ümumiyyətlə, İran silahlı qüvvələrinin Baş qərargah rəisinin sərhədlərin dəyişərsə, reaksiya verəcəklərini elan etdi. Bu, İran Baş qərargah rəisinin blefidir. Artıq Azərbaycan ordusu delimitasiya və demarkasiya olunmayan tarixi Azərbaycan torpaqlarındadır. Qərbi Zəngəzurda Azərbaycan əsgəri dayanıb.
Prezident İlham Əliyev Laçında geri çəkilməyəcəyik mesajını verdi. Buyursun, İran necə reaksiya verəcəyini göstərsin. Cənubi Qafqaz nə Suriya, nə də İraqdır. İran Cənubi Azərbaycan məsələsindən çəkindiyi üçün bu kimi bleflərlə özünü göstərir. İranın hərbi müdaxiləsi Cənubi Azərbaycanın ayağa qalxması ilə qığılcım ola bilər. Geosiyasi şərtlər sürətlə dəyişir və Azərbaycan ordusu bu ilin axırına kimi Zəngəzur dəhlizini açması mümkündür.
İranın Azərbaycanla toqquşması isə, İran hakimiyyətinin devrilməsi ilə nəticələnər. İran daxilində böhran və regionda Türkiyə və Azərbaycanın kordinasiyalı fəaliyyəti, Çinin bu dəhlizə dəstək verməsi, bundan əlavə, Cənubi Azərbaycan faktoru ilə yanaşı güclü Azərbaycan ordusu İran üçün çəkindirici faktordur. Azərbaycan İrandan ehtiyat etsəydi, 12-13 senytabrda demarkasiya olunmayan ərazidə Bufer zonanı genişləndirməzdi. Odur ki, Tehran geosiyasi reallıqları qəbul etmək məcburiyyətindədir”.
Şayəstə