İranı ən həssas yerindən vururlar…

48

“Ərəb baharını başlatmaq üçün bir arabaçı gənc Muhamməd Buazizinin özünü yandırması yetdi. Bələdiyyə polisinin tək çörək ağacı olan arabasını müsadirə etməsinə etiraz əlaməti olaraq yandırdığı vücudu Ərəb Dünyasını darmadağın etdi. Qırx illik diktatorlar payız yarpağı kimi dağıldılar. İndi isə Məhsa Əmini adlı qızın polis şöbəsinə sağ girib, ölü çıxması İranı qarışdırmaqdadır”.

Elchi.az xəbər verir ki, bu fikirləri “Yeni Çağ” Media qrupunun rəhbəri Aqil Ələsgər FB hesabında qeyd edib:

“İranı ən həssas yerindən vururlar. Havada belə İran sərhədini keçər-keçməz məcburi şəkildə tətbiq olunan geyim qadağasından qurtulan iranlılar bu kartdan maksimum istifadə edəcəklər. Əlbəttə ki, bu hadisəni sosial şəbəkələrdə trenddə saxlayanlar da İranın daxilində maksimum qarışıqlıqda maraqlıdırlar. Və ilk dəfə ayrı-ayrı millətlər deyil, topyekun İran etiraz edir.
Bununla İran dağılarmı? Çətin. Zəifləyərmi? Əlbəttə! Xamneyinin də ortalıqda görünmədiyi bir dönəmdə İranı öz daxilinə fokuslandıracaq. Bu isə region dövlətləri üçün əlavə imkanlar yaradır…”.

Şayəstə