İranın yük təyyarələri Rusiyaya gəlməyə başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Flightradar” uçuş izləmə portalı məlumat yayıb.
Bildirilir ki, İran Hava Yollarına məxsus “Boinq 747-21AC” yük təyyarəsi sentyabrın 4-ü axşam saatlarında Moskvanın Şeremetyevo hava limanına eniş edib. Ertəsi gün isə yenidən İrana qayıdıb.
“Military İnformant” Teleqram kanalı isə avqustun 21-dən bəri İrandan Rusiyaya üç belə reysin həyata keçirildiyini yazıb. Yük təyyarələriylə nələrin daşındığı məlum deyil.
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola biləcəyi ilə bağlı zarafat edib....