İrandan Ermənistana xəbərdarlıq: `Sərt addımlar atılacaq`

66

İran bu ölkəyə Ermənistan tərəfindən mərmi atılmasına reaksiya verib.

 

İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru Seyid Şeberstari-Xiyabani deyib ki, İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə əlaqə saxlayıb.

“İran rəsmiləri mərmilərin düşdüyü ərazilərdə təhlükəsizliyi bərpa edib. Amma biz ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq. İran Dağlıq Qarabağ tərəfindən ərazisinə təkrar açılan atəşə sərt cavab verəcək”.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb.

Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.